7 Sentyabr 2022 16:19
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanı zəif hesab edənlərə deyirəm, səhv edirsiniz”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında həmişə balans siyasəti aparmışıq və bundan sonra da tarazlıq siyasətini davam etdirəcəyik. Çünki çox açıq deyə bilərəm ki, hazırda Qərbin münasibətini düzgün hesab etmirəm. Qərb siyasətini təxribat üzərində qurur. Bu müharibədə qalibin olduğunu deyə bilərikmi? Amma inanıram ki, itirənlər daha çoxdur. Bu işin maddi ölçüsü var. Hamı deyir ki, mən Ukraynaya kömək etmişəm. Bəs pullar hanı?

Silahların göndərildiyi deyilir, nə qədər yarasız silahları varsa, hamısını Ukraynaya göndərirlər. Maraqlıdır, indiyə qədər apardığımız siyasət bu savaşa tez bir zamanda son qoyacaqmı? Tezliklə bitəcək kimi görünmür. Rusiyanı zəif hesab edənlərə deyirəm, səhv edirsiniz. Beləliklə, Rusiya təbii qazı kəsdi, qiymətlər birdən qalxdı. Hər kəs qışdan necə salamat çıxacağımızı düşünür. Bəs niyə əvvəllər bu haqda düşünmürdülər?”, - Türkiyə prezidenti bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər