7 Sentyabr 2022 21:56
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın bir sıra regionlarında Vladimir Putinin rejimindən narazılıq yaranır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyətində Rusiya xüsusi xidmət orqanlarının federasiyada keçirdiyi ictimai rəy sorğuları barədə məlumatı var:

“Bu sorğulardan belə çıxır ki, Rusiyada müstəmləkə dövlətindən azad olmağa hazır bölgələr yaranmağa başlayır”.

Danilov bildirib ki, Rusiya hakimiyyəti bir sıra bölgələrdəki problemlərdən xəbərdardır:

“Bu problemlər artsa, proses Rusiyanın dağılması ilə yekunlaşacaq. Ukrayna praktiki və fiziki olaraq bu işə qarışmır, nə edirsə, hamısını Putin edir. O, öz addımları ilə Rusiyanı məhvə aparır”.

Onun sözlərinə görə, Putinin hakimiyyətini dəstəkləməyən bölgələrin sayı getdikcə artır - onların arasında Tatarıstan birinci, Çeçenistan isə ikinci yerdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər