“Rusiyada Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindəki uğurları təsadüfən təsdiqləndi. Təcavüzkar ölkə susmağa və məğlubiyyətlərini şərh etməməyə üstünlük verir, lakin bu dəfə hətta Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun əks-hücumundan danışıb”.
Teleqraf.com xəbər verir ki, bu haqda Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirir.
Ekspertlər hesab edir ki, Ukrayna qoşunları Xerson-Dnepropetrovsk vilayətinin sərhədindən 5 kilometr məsafədə yerləşən Vısokopolye və Novovoznesenskoye istiqamətinə irəliləyib.
“Rusiya mənbələri, o cümlədən Rusiya Müdafiə Nazirliyi, təsadüfən təsdiqlədi ki, Ukrayna qüvvələri Xerson vilayətində Suxoy Stavka (Xerson şəhərindən təqribən 65 km şimal-şərqdə və İnqulets çayı boyunca) bölgəsində uğur qazanırlar”,- ISW qeyd edib.
Əlavə edilib ki, Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukrayna qüvvələrinin Beloqorka, Sux Stavka və Andreevkada cəmləşməsinə yönəldiyini təsdiqləyib. Və bu, Ukrayna qoşunlarının İnqulets çayının cənubunda mövqelər tutduqlarını göstərir.
“Rusiya mənbələri Ukraynanın Suxoy Stavka və onun ətrafındakı Bezımyannoe, Kostromka, Veliky Artakov və Şastlıvoe yaşayış məntəqələrindəki hücum əməliyyatlarını müzakirə etməyə davam edib”,- ISW açıqlayıb.
Ekspertlərin fikrincə, Rusiya artıq diqqətini Xarkov vilayətində baş verən hadisələrə yönəldib və Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindəki uğurları barədə susmağı xahiş edir. Analitiklərin fikrincə, yaxın gələcəkdə Rusiya informasiya məkanı diqqətini Xarkov yaxınlığındakı vəziyyətə yönləndirəcək.