8 Sentyabr 2022 10:51
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə PKK/YPG/PYD-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin Türkiyə-Suriya sərhədinə yaxın bir nöqtədə təlimlər keçirdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, hadisə Birgə Əməliyyat Qüvvəsinin rəsmi Tvitter hesabında paylaşıldıqdan sonra məlum olub.

Bununla da Suriya Demokratik Qüvvələri Türkiyə sərhədinə bu qədər yaxın bir nöqtədə ilk dəfə ortaq təlim keçirib.

ABŞ səlahiyyətlilərinin "Twitter"də etdiyi paylaşımda “böyük ölçülü” fotolardan istifadə edilməsi diqqət çəkib.

“Yatmış hüceyrələrin qarşısını almaq üçün təlimdə ağır və orta çəkili real silah və sursatlardan istifadə edilib”,- təlimlə bağlı rəsmi məlumatda bildirilib.

Mövzu ilə bağlı ABŞ-dan da açıqlama gəlib: “Biz İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyik və Suriyanın şimal-şərqində uzunmüddətli uğur qazanmağa kömək edəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər