8 Sentyabr 2022 12:07
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın İranla diplomatik əlaqələri kəsməsindən sonra iranlı diplomatlar bu gün ölkəni tərk etməzdən bir neçə saat əvvəl sənədləri yandırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Agentlik sənədlərin səfirliyin həyətində yandırıldığını yazıb.

Albaniya Baş naziri Edi Rama dünən İrana ölkəsindəki səfirlik, konsulluq və diplomatik nümayəndəlikləri bağlamaq, bütün diplomatlarını və personalını ölkədən çıxarmaq üçün 24 saat vaxt verib.

Rama iyulda hökumət və dövlət orqanlarına kiberhücumlara görə İranı itttiham edib. O, bununla bağlı əllərində təkzibedilməz faktların olduğunu bildirib və qeyd edib ki, bu hücumlarda məqsəd dövlət və hökumət qurumlarının fəaliyyətini iflic etmək olub.

Albaniyanın müttəfiqi ABŞ da hücumda İranı günahlandırıb. Ağ Ev İranın ABŞ-ın müttəfiqinin təhlükəsizliyini təhdid edən hərəkətlərinə görə cavabdehlik daşıması üçün əlavə tədbirlər görəcəyini vəd edib.

Tehran Tirananın diplomatik əlaqələri kəsmək qərarını pisləyib və Albaniyanın bu addımının səbəblərini “əsassız iddialar” adlandırıb.

İki ölkə arasında 2014-cü ildə Albaniyanın mühacirətdə olan İran Xalq Mücahidləri Təşkilatının 3000-ə yaxın üzvünü qəbul etməsindən sonra gərginlik yaranıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər