8 Sentyabr 2022 11:27
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, o və Almaniyanın sabiq kansleri Angela Merkel Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

“Merkellə Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün vasitəçi olmağa çalışmaq istərdim”,-Berluskoni bildirib.

Berluskoninin sözlərinə görə, hazırda o, Putin üçün heç bir iqtisadi itki görmür, Putin isə sanksiyalara və qazın qiymətinin yüksəlməsinə müqavimət göstərmək iqtidarındadır.

Aprel ayında Berluskoni Putindən çox məyus olduğunu demişdi. Onun sözlərinə görə, o, Putinlə 20 il əvvəl tanış olub və ona həmişə “sağlam düşüncəli, demokratiya və sülh adamı” kimi görünüb.

Qeyd edək ki, 2015-ci ildə Silvio Berluskoni Rusiyaya gedib və Putinlə birlikdə ilhaq edilmiş Krıma uçub.


Müəllif: Nemət

Oxşar xəbərlər