Livanın nəqliyyat naziri Əli Hamiyənin evi partladılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə bildirilir.
Məumata görə, Beka bölgəsində Hamiyənin evində partlayış baş verib.
Xəbərdə bağçanın elektrik kabelinə qoyulan bombanın partladığı qeyd edilərkən, nazirin evdə olub-olmaması, can itkisi və ya yaralanması ilə bağlı heç bir məlumat verilməyib.