8 Sentyabr 2022 23:13
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın fevralda Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra rus miqrantların ən populyar istiqamətlərindən birinə çevrilən Gürcüstan ərazisinə rusların girişi kütləvi şəkildə qadağan edilməyə başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad Rusiya” fondunun direktoru Yeqor Kuroptev deyib.

Onun sözlərinə görə, Gürcüstan bir neçə həftə əvvəl gələn ruslar üçün sərhəd nəzarətini gücləndirib. Kuroptev qeyd edib ki, bundan əvvəl sərhəddə keçidlə bağlı heç bir problem yox idisə, hazırda onlarla rus Gürcüstanın girişində gözləyir.

“Nə peşə, nə Gürcüstanda yaşamaq faktı, nə də kirayə mənzil müqaviləsinin mövcudluğu bir önəm kəsb edir. Rusiya vətəndaşları üçün heç bir sənəd Gürcüstana giriş zəmanəti deyil”, - fonda rəhbəri deyib.

Eyni zamanda, Kuroptev son vaxtlar Gürcüstana girişi qadağan edilənlər arasında təhlükəsizliklə bağlı təhdidlərə görə Rusiyadan getmək istəyən fəallar, jurnalistlər və hüquqşünasların olduğunu vurğulayıb.

Türkiyədən Gürcüstana avtomobillə getmək istəyən ruslar da ölkəyə buraxılmır. Avqustun sonunda Rusiyanın Türkiyənin Trabzon şəhərindəki Baş Konsulluğu çoxlu sayda belə şikayət daxil olub. Xüsusilə, Rusiyanın Şimali Qafqaz bölgəsinin və ilhaq edilmiş Krımın Rusiya pasportlarına malik sakinləri belə əngəllərlə üzləşirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər