9 Sentyabr 2022 19:51
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna silahlı qüvvələri işğalçıların müdafiəsini yarıb uğurla irəliləyir. Bir çox xarici siyasətçilər və hərbçilər hələ fevral ayında Ukraynanın dağılacağını proqnozlaşdırırdılar. Bununla belə, pessimist proqnozların əksinə olaraq, Ukrayna səbr etdi və inadkar müqavimət təşkil etdi. Sonra həmin adamlar Kiyevi Moskvaya ərazi güzəştinə getməyə və barışıq yaratmağa çağırmağa başladılar. Onların arqumentinə görə, müharibənin davam etdirilməsi mənasızdır, çünki Rusiya Ukraynadan qat-qat güclüdür. Rusiya Federasiyası ərazi, demoqrafik, iqtisadi cəhətdən daha böyükdür, nüvə raket silahlarına və ordunun çoxsaylı üstünlüyünə malikdir. Ukrayna Silahlı Qüvvələri müdafiə oluna biləcək, lakin hücuma keçməyəcək və müdafiə olunmaqla qalib gəlmək mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Rasim Musabəyov deyib.

O, fikrini davam etdirərkən bildirib ki, Kiyevi Moskvaya ərazi güzəşti etməyə çağıranlar əslində Napoleonun “müharibədə həmişə böyük batalyonlar qalib gəlir” sözlərini xatırladırlar:

“Amma faktlar bunun əksini deyir. Ukraynanın Xerson istiqamətində və Xarkov vilayətində hücumunun ilk günlərinin nəticələrinə əsasən, yalnız taktiki uğurlar əldə olunsa belə, Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək qabiliyyəti təsdiqlənib”.

Rasim Musabəyov əlavə edib ki, Ukrayna öz şiddətli müqaviməti ilə ingilis atalar sözünün doğruluğunu sübut edir:

“Döyüşdə itin ölçüsü deyil, itdəki döyüşün ölçüsü önəmlidir”. Böyük ehtimalla bu ingilis atalar sözünü eşitməyən ukraynalı vətənpərvərlər atalarının və babalarının vəsiyyətlərini xatırlayırlar: Mübarizə edin, vuruşun, Allah köməyiniz olsun!”.


Müəllif: Nemət