9 Sentyabr 2022 13:56
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı fikrimizi dəyişməmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cin Kirbi deyib.

Kirbi Türkiyənin ABŞ-dan F-16 tələbi ilə bağlı suala belə cavab verib:

“F-16 proqramı ilə bağlı bir yeniləməmiz yoxdur. Prezident Co Bayden bu razılaşmanı dəstəkləməyə davam edir”.

Ağ Ev rəsmisi Baydenin BMT Baş Assambleyasının sammiti ilə bağlı proqramının hələ dəqiqləşdirilmədiyini, bu səbəbdən onun türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb-görüşməyəcəyi ilə bağlı heç bir məlumat verə bilməyəcəyini söyləyib.

Eyni zamanda, Con Kirbi Türkiyə liderinin ölkəsinə qarşı təxribatçı addımlar atan Yunanıstanla bağlı açıqlamalarına da münsibət bildirib:

“Prezident Ərdoğan öz şərhini verə bilər. Türkiyə NATO müttəfiqi və mühüm tərəfdaşdır. Xüsusilə taxıl müqaviləsində çox mühüm rolu var.

Türkiyə ilə bəzi məsələlərdə fikir ayrılıqlarımız var, bu, hamıya məlumdur, amma bu o demək deyil ki, Türkiyə ilə münasibətlərimizə və onun NATO üzvlüyünə önəm vermirik, çox istədiyimiz taxıl müqaviləsindəki roluna görə minnətdar deyilik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər