9 Sentyabr 2022 22:28
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Prezidenti Vladimir Putinin Çeçenistan rəhbəri Ramzan Kadırovla spesifik münasibəti var".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Kadırov artıq batan “rus gəmisi”ni tərk etmək haqqında düşünməyə başlayan ən ciddi fiqurdur. Kadırov Çeçenistanın Rusiyanın bir hissəsi olduğunu hər dəfə dilə gətirir. Buna görə Rusiya ona böyük xərac verir. Putinlə çox spesifik münasibəti var”, - ekspert vurğulayıb.

Piontkovski Rusiya liderinin çeçenlərlə müharibədə məğlub olduğunu iddia edir:

“Putin Çeçenistanla müharibədə praktiki olaraq məğlub oldu, bütün hakimiyyəti Kadırova verməklə dayandı və indi də ona pul ödəyir”.

Onun sözlərinə görə, Rusiyanın təhlükəsizlik orqanları Kadırova nifrət edir:

“Bunu sizə dəqiq deyirəm. Kadırov çox gözəl başa düşür ki, Putin getsə, təhlükəsizlik orqanları onu sadəcə məhv edəcəklər”.

Çeçenistan lideri sentyabrın 3-də yayımladığı videomüraciətində istefa verə biləcəyi mesajını verib. Amma sonra bu fikrindən daşındığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər