İstanbulda Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan Ukrayna limanlarından 2,5 milyon tondan çox taxıl daşınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, indiyədək kənd təsərrüfatı məhsulları yüklü 105 gəmi Ukrayna limanlarını tərk edib. Onlartın ümumi yükü 2,5 milyon ton olub. Gəmilərdən 39-u təyinat nöqtəsinə çatıb, 66-sı isə yoldadır.