Rus ordusundan təmizlənən ərazilərdə Milli Polisin işi bərpa olunub və minalardan təmizləmə işləri aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
“Azad edilmiş ərazilərdə icmalar həyata qayıdır. Ərazinin minalardan təmizlənməsi aparılır. Ukrayna Milli Qvardiyasının bölmələri stabilləşdirmə tədbirləri həyata keçirir. Milli Polisin işi bərpa olunub. Polis çoxsaylı faktları qeydə alır. Ukrayna torpaqlarında düşmənin törətdiyi cinayətlər, təxribatlara və təxribat və kəşfiyyat qruplarının nüfuzuna qarşı durmağa hazırdır. Yerli əhaliya dərhal bütün mümkün yardım edilir", - məlumatda qeyd olunub.