Danimarka kraliçası II Marqret İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Avropada ən uzun müddət padşahlıq edən şəxs satusunu əldə edir.
Teleqraf.com xəbər verir ki, atası IV Frederikin ölümündən sonra 1972-ci ildə Danimarka taxtına çıxan II Marqret 50 ildir bu vəzifəni icra edir.
Elizabetin ölümü ilə əlaqədar Danimarkada həftəsonu planlaşdırılan 50 illik yubiley tədbirlərinin əhatə dairəsi daralıb.
O, vəzifəyə gəldiyi zaman Danimarkada monarxiyaya dəstək 45 faiz olduğu halda, II Marqretin padşahlığının 50-ci ilində bu nisbət yüzdə 80-ə yüksəldi.
Avropada ən uzun padşahlıq edən ikinci şəxs 48 il kral olmuş II Marqretanın əmisi oğlu İsveçli Karl 16-cı Qustaf idi.
16 dekabr 1940-cı ildə paytaxt Kopenhagendə anadan olan II Marqret taxta çıxan Danimarkanın ilk kraliçasıdır.
3 bacının ən böyüyü olan II Marqret dünyaya gələndə Danimarkada qadınların taxt-tacı ələ keçirməsi mümkün olmasa da, 1953-cü il referendumunda bu qanunun dəyişdirilməsi ilə taxtın yolu açıldı.
II Marqretin yanvar ayında planlaşdırılan 50 illik yubiley tədbirləri Covid-19 tədbirləri çərçivəsində sentyabr ayına təxirə salınıb.