10 Sentyabr 2022 21:59
2 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu "Ro-Ro" gəmisinə atəş açıb.

Teleqraf.com xəbər verir ki, gəmidə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Çanaqqala sahillərində beynəlxalq sularda üzən "Anatolian" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

18 nəfərin olduğu gəmi hazırda Türkiyənin iki Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

Yaralananların olmadığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər