İraq təhlükəsizlik qüvvələri İŞİD-in 11 terrorçusunu məhv edib.
Teleqraf.com xəbər verir ki, Silahlılar Ənbar və Diyala əyalətlərində antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Əməliyyatı ölkənin daxili işlər və müdafiə nazirlikləri birgə aviasiyanın dəstəyi ilə həyata keçirib.
2017-ci ildə İraq hökuməti İŞİD üzərində qələbəni elan etsə də, qruplaşma üzvləri Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar əyalətlərində kəndlərə hücumları davam etdirir.