“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün ən yaxşı yer döyüş meydanıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Le Journal du dimanche” jurnalına verdiyi müsahibəsində deyib.
Kuleba bildirib ki, istənilən müharibə diplomatiya ilə başa çatır. Yeganə vacib olan odur ki, Ukrayna qalib mövqeyində danışıqlar masasına otursun və son məsələ döyüş meydanında həll olunsun.