Ukrayna ordusu Xerson vilayətində rusların 205-ci əlahiddə motoatıcı briqadanın rabitə mərkəzini sıradan çıxardıb.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Roman Tsimbalyuk deyib.
"Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində Rusiya mövqelərinə endirdiyi artilleriya zərbəsi nəticəsində 205-ci əlahiddə motoatıcı briqadanın rabitəsi sıradan çıxıb. 13 hərbçinin ölümü təsdiqlənib. O cümlədən, briqadanın rabitə rəisi, polkovnik-leytenant Əhməd Ruslanoviç Tokbayev də məhv edilib”, - o bildirib.