"Hazırki şəraitdə Rusiya ilə danışıqlara hazır deyiləm".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CNN televiziyasına müsahibəsində bildirib.
“Bu gün Rusiyanın konstruktiv olmaq üçün heç bir istəyi olmadığını görürəm. Mənim prinsipim budur: ultimatum verənlərlə heç nə danışmıram”.
Ukrayna prezidenti bildirib ki, 2 ölkə arasında razılaşma yalnız Rusiya ordusu Ukrayna ərazisini tərk etdikdən sonra mümkün olacaq.