12 Sentyabr 2022 00:57
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, danışıqlar zamanı Ukraynaya humanitar yardım və taxıl tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Hulusi Akar Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya ilə görülən işdən məmnunluğunu ifadə edib.

Həmçinin Ukrayna xalqına göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyi bir daha vurğulanıb.


Müəllif: Teleqraf.com