Rusiya ordusunun bölmələri Dnepr çayının sağ sahilində “tələ”yə düşüb və silahlarını yerə qoymağa hazırdırlar. Ukrayna hərbçiləri ilə əlaqə yaratmaq üçün imkanlar axtarırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının sözçüsü Nataliya Humenyuk məlumat verib.
“İrəliləməyə davam edirik. Bu, təkcə düşmənin mövqelərindən geri çəkilməsi ilə nəticələnmir, həm də ona psixoloji təsir göstərir. Düşmən bölmələri beynəlxalq humanitar hüquq çərçivəsində silahların yığılması və keçid şərtləri ilə bağlı danışıqlar aparmaq üçün bölmələrimizlə əlaqə saxlamaq üçün imkanlar axtarır. Onlar Dnepr sahili ilə qüvvələrimiz arasında sıxışıb qalıblar”, - Humenyuk bildirib.
Onun sözlərinə görə, ruslar canlarını xilas etmək üçün yollar tapmağa çalışırlar. Humenyuk onlarla danışıq məsələsinin nəzərdən keçirildiyini açıqlayıb.
Sözügedən ərazidə 2 minə yaxın rus hərbçisinin olduğu təxmin edilir.