İran Quru Qoşunlarının komandanı, briqada generalı Haydari İsrailin Təl-Əviv və Hayfa şəhərlərini vurmaq üçün xüsusi PUA hazırladıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Mehr” xəbər agentliyinin məlumatına görə, Haydari bunun üçün xüsusi, qabaqcıl İHA-ların hazır olduğunu açıqlayıb.
Haydari bildirib ki, intihar edən pilotsuz uçan aparatların adı “Araş-2” adlandırılıb.
Birləşmiş Ştatlar ötən həftə İranı Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya pilotsuz təyyarələr satmaqda ittiham edib və dörd İran şirkətini sanksiyalar siyahısına daxil edib.
Digər tərəfdən, İran prezidenti İbrahim Rəisi ötən ayın sonunda keçirdiyi mətbuat konfransında İsrailin Tehranın nüvə proqramına hərbi hücumlar edəcəyi təqdirdə onu məhv edəcəklərini bildirib.
“İsrail İranın nüvə proqramını məhv etmək təhdidlərini yerinə yetirmək qərarına gəlsə, sionist rejimdən bir şeyin qalıb-qalmadığını görəcəklər”, - deyə bildirib.