12 Sentyabr 2022 13:24
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın Çin və Rusiya ilə birgə hərbi təlimlərdə iştirak edəcəyi iddia edilib. Üç ölkə təlim keçərsə, bu, bir ilk olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonhab” məlumat yayıb.

Agentlik bildirib ki, Ukrayna böhranı və ABŞ-la strateji rəqabətin artması səbəbindən bölgənin geosiyasi önəminin önə çıxması ilə Çinin Koreya yarımadasında hərbi təhlükəsizliyini artırmağa çalışacağı gözlənilir.

Çinin Şimali Koreya, Rusiya və İran kimi ölkələrlə hərbi və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq yolu tapmasının gözlənildiyi vurğulanıb:

“Şimali Koreyanın Çin və Rusiyanın ev sahibliyi edəcəyi hərbi təlimlərə qatılma ehtimalı istisna deyil”.

1961-ci ildə Şimali Koreya Çinlə “Dostluq, müttəfiqlik və qarşılıqlı yardım” müqaviləsi imzalayıb. Müqavilədə bir-birinə hücum durumunda dərhal hərbi yardım göstərilməsi şərti qoyulub.

Şimali Koreya Rusiya ilə də dostluq və əməkdaşlıq müqaviləsi imzalayıb.

Şimali Koreya əvvəllər Çin və Rusiya ilə hərbi təlimlərdə iştirak etməyib. Amma ABŞ-a qarşı Çin və Rusiya ilə əməkdaşlığı yaxşılaşdırmağa çalışdığını nəzərə alsaq, bundan sonra birgə hərbi təlimlərdə iştirakı istisna deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər