12 Sentyabr 2022 14:45
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə “Boko Haram” terror təşkilatının Nigeriyada həyata keçirdiyi məktəb basqınında qaçırılan qızlardan 98-dən hələ də xəbər yoxdur.

Teleqraf.com xəbər verir ki, terror təşkilatına qarşı keçirilən “Hadin Kay” əməliyyatının komandirlərindən polkovnik Obinna Ezuipke jurnalistlərə verdiyi açıqlamada “Boko Haram” tərəfindən qaçırılan daha 3 qız şagirdin xilas edildiyini bildirib.

Polkovnik qız şagirdlərdən 98-nin hələ də “Boko Haram”ın girovu olduğunu deyib: “Ümidimizi itirməmişik, onları mütləq tapacağıq”.

“Boko Haram” 2014-cü il aprelin 14-də Borno əyalətinin Çibok şəhərindəki internat məktəbinə basqın edərək 276 qızı qaçırmışdı. Şagirdlərdən 57-si qısa müddət sonra təşkilatdan xilas ola bilmişdi. Təhlükəsizlik qüvvələrinin təşkilata qarşı keçirdiyi əməliyyatlarda isə 107 şagird xilas edilmişdi.

Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan terror təşkilatının törətdiyi qanlı aktlarda 20 mindən çox insan həyatını itirib. Ölkədə baş verən terror aktları və silahlı qarşıdurmalar səbəbindən yüz minlərlə insan öz yerlərindən didərgin düşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər