12 Sentyabr 2022 17:16
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin sentyabrın 14-16-da Qazaxıstan və Özbəkistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, Çin liderinin COVID-19 pandemiyası səbəbindən sərhədlərin bağlamasından bəri ilk rəsmi xarici səfəri olacaq.

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.

Çin lideri bölgə ölkələrinə səfərləri çərçivəsində Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər