Çeçenistan prezidenti Ramzan Kadırov döyüşçülərinə 3 ukraynalı deputatın tutuluması ilə bağlı tapşırıq verib.
Teleqraf.com ntv.ru-ya istinadən xəbər verir ki, bunu Kadırov özü açıqlayıb. Onun sözlərinə görə, bu deputatlar yaraqlıların Qroznıya hücumunu dəstəkləyən şəxslərdir: “Mən hesab etdim ki, dərhal cinayət işi başlamalıdır. Çeçenistanın hüquq-mühafizə orqanlarına tapşırıq verdim ki, ukraynalı deputatlar Yuri Beryozu, Andrey Levusanı və İqor Mosiyçuku tutsunlar. Onlar Qroznıda 14 polis əməkdaşını öldürən terrorçuları açıq şəkildə dəstəkləyib”.
Kadırov bu hadisələrdə həmin deputatların da rol aldığını iddia edir.
Qeyd edək ki, dekabrın 4-də Qroznıda silahlı şəxslər Mətbuat evinə basqın edərək, oranı partladıb və nəticədə 14 polis əməkdaşı həlak olub.
Samir