Almaniya Müdafiə Nazirliyi (MN) Ukraynanın müasir tanklarla bağlı müraciətinə rədd cavabı verib.
Teleqraf.com xəbər verir ki, Almaniya müdafiə naziri Kristine Lambrext bildirib ki, bu günə qədər heç bir Qərb ölkəsi Ukraynaya piyadanın döyüş maşını (PDM) və ya tank göndərməyib: "Biz öz tərəfdaşlarımızla razılaşmışıq ki, Almaniya birtərəfli qaydada bu cür addım atmayacaq”.