İraqın şimalında Pəncə-Kilid antiterror əməliyyatının başladığı 17 apreldən indiyədək 371 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“Biz 85 milyon Türkiyə vətəndaşına qarşı terror təhlükəsini neyrtallaşdırmaqda qərarlıyıq” – deyə müdafiə naziri vurğulayıb.