Ağ Ev əminliklə deyə bilməz ki, Ukrayna Silahlı Qüvvələrinin son naliyyətləri müharibədə mühüm dönüş nöqtəsidir. Lakin Ukrayna ordusunun son etdiklərini təsirli adlandırmaq olar.
Teleqraf.com xəbər verir ki, bunu CNN ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən məlumat yayıb.
Xüsusilə Kirbi bildirib ki, o, vacib dönüş nöqtəsi kimi Ukrayna qüvvələrinin sürətli hücumu barədə bu gün dəqiq danışmağın mümkünlüyünü bilmir:
“Ancaq aydındır ki, bunlar mütləq təsiredici hərbi hesabatlardır. ABŞ Ukraynanı davamlı uğur üçün zəruri olan alətlər və imkanlarla təmin etməyə davam edəcək".
Kirbi Ukrayna Silahlı Qüvvələrinin əməliyyatlarının ruslara təsir etdiyini və onları geri çəkilməyə və ələ keçirilən ərazilərdən imtina etməyə məcbur etdiyini bildirib: "Rusiya lideri Ukraynadakı uğursuzluğunu xalqından gizlətməkdə getdikcə daha çox çətinlik çəkir".