13 Sentyabr 2022 11:03
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə naziri Suren Papikyan və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, telefon danışığında əsasən Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisə müzakirə edilib.

Suren Papikyan telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Şoyquya yaranmış vəziyyəti təqdim edib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qeyd edib ki, Papikyan və Şoyqu vəziyyəti sabitləşdirmək üçün lazımi addımları atmağa razılaşıblar.

Qeyd edək ki, dünən Ermənitan ordusu Azərbaycan-Ermənistan sərhədində təxribat tədbirləri həyata keçirib, buna cavab olaraq Azərbaycan Ordusu əks-tədbirlər görüb.


Müəllif: Nemət

Oxşar xəbərlər