Dekabrın 5-də İraq təhlükəsizlik qüvvələri İran-İraq sərhədində yerləşən Xuzestan vilayətindəki postları tərk edib.
Teleqraf.com “Reqnum” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı İran İslam İnqilabı Keşikçiləri Korpusu İran sərhədçilərinə istinadən məlumat yayıblar.
Məlumatda İraq tərəfinin təxminən 150 kilometrlik məsafədəki ərazini müdafiəsiz qoyduğu deyilib. Həmçinin Bağdadın İran tərəfini bununla bağlı xəbərdarlıq etmədiyi bildirilib.