6 Dekabr 2014 16:21
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstana ikigünlük səfərini başa vuran Fransa prezidenti Fransua Olland bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Yenisey sarayında baş tutacaq görüş zamanı liderlərin bir çox məsələlərə aydınlıq gətirəcəyi gözlənilir.
Qeyd edək ki, G20 sammiti çərçivəsində noyabrın 15-də Putin və Ollandın görüşü keçirilib. Görüşdən sonra Putin bəyan edib ki, Moskva və Paris dünyada mövcud vəziyyətin ikitərəfli münasibətlər üçün mənfi nəticələrini minimallaşdırmaq istəyir.

Samir


Müəllif:

Oxşar xəbərlər