Ötən gecə rus ordusu Nikolayevi şəhərini, şəhərdəki yaşayış evlərini müntəzəm atəşə tutub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib:
“Bu gün ilk gecədən sonra Nikolayev kütləvi şəkildə atəşə tutulub. Yaşayış binalarına da ziyan dəyib”.
Merin sözlərinə görə, hazırda fövqəladə hallar briqadaları və kommunal xidmət işçiləri bəzi küçələrdə ictimai nəqliyyat üçün yolları təmizləyir.
“Biz atəşin fəsadları barədə ətraflı məlumat toplayırıq. Təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - Sienkoviç əlavə edib.