“Rus ordusu məhbus, narkoman və alkoqolizmdən əziyyət çəkən insanları sıralarına qəbul etməkdə davam edir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.
“Rusiya ordusu hər gün xeyli canlı qüvvə itkisi verir və onları müxtəlif yollarla kompensasiya etməyə çalışır. Hərbi rəhbərlik məhbuslar arasında, xüsusən də Tula vilayətinin koloniyalarında döyüşmək istəyənlərin axtarışını davam etdirir”, - xülasədə deyilir.
Döyüşə qəbul edilən məhkumlara 3 aylıq xidmət müqabilində cinayət qeydlərinin silinməsini, residivistlər və ya ağır cinayətlərə görə məhkum olunanlar üçün isə xidmət müddəti 6 ay olacağını vəd edirlər.
“Lakin arzu edənlərlə heç bir müqavilə bağlanmır”, - Baş Qərargahdan aydınlıq gətirilib.