ABŞ Prezidenti Co Bayden bildirib ki, Ukrayna rus işğalçıları tərəfindən ələ keçirilən ərazilərin azad edilməsində mühüm irəliləyiş əldə edib. Eyni zamanda, bunun dönüş nöqtəsi olub-olmadığı hələ aydın deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi bildirir.
“Aydındır ki, ukraynalılar əhəmiyyətli irəliləyiş əldə ediblər. Amma düşünürəm ki, bu, uzun bir yol olacaq”, - Bayden deyib.
Eyni zamanda, Bayden Ukraynanın əks-hücumunun bu müharibədə dönüş nöqtəsi olub-olmadığı sualına kifayət qədər təmkinlə cavab verib: “Bu sualın cavabı yoxdur. Bunu demək çətindir”.