Ukrayna Polşadan kömür idxalına başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ukrayna KİV-ləri bununla bağlı ciddi razılaşmanın əldə olunmamasına baxmayaraq, idxalın reallaşdığını yazır. Bildirilir ki, müqavilənin bağlanmamasına əsas səbəb Polşanın daimi olaraq Ukraynanı keyfiyyətli kömürlə təmin etmək imkanına malik olmadığı göstərilir.
Ukraynanın Polşadakı səfiri Henrik Litvin də yayılan məlumatları təsdiq edib. Səfir bildirib ki, bu məsələ ilə bağlı istehlakçılar arasında kiçik müqavilələr mövcuddur.
Qeyd edək ki, Ukrayadakı vəzyyətlə əlaqədar olaraq qış ərəfəsində əhalinin istiliklə təmin olunmasına yaranan çətinliyi aradan qaldırmaq üçün hökumət CAR ilə təxminən 1 milyon ton kömür tədarükü üzrə müqavilə imzalayıb.
Samir