Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqinin istənilən şəkildə bloklanmasını istisna edəcək, çünki bu ölkənin ərazi bütövlüyünü sual altına qoyur.
Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti fransalı həmkarı Fransua Olland ilə görüşündən sonra bildirib.
“Ümid edirəm ki, təsərrüfat həyatı bərpa olunacaq və bu bölgənin hər-hansı blokadası praktiki həyatdan istisna ediləcək”, deyə Putin bildirib.
“Əks təqdirdə Ukraynanın ərazi bütövlüyünü təsəvvür etmək çətindir, məlumdur ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə Rusiya prezidenti əlavə edib.