Nigeriya ordusu göyərtəsində çoxlu silah-sursat olan Rusiyaya məxsus yük təyyarəsinin saxlanıldığını bildirib.
Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, sənədləşdirilməmiş silah Mərkəzi Afrika Respublikasından (MAR) Çada aparılacaqmış.
Yerli KİV-lərin məlumatına görə, təyyarə MAR-ın paytaxtı Banqidən havaya qalxıb Çadın paytaxtı Ncamenu şəhərinə istiqamət alıbmış.
Təyyarənin göyərtəsində lazımi qaydada sənədləşdirilməmiş helikopterlərin, avtomobillərin və digər hərbi texnikanın olduğu bildirilir.
Təyyarə Nigeriyanın şimalındakı Kano şəhərinin aeroportunda saxlanılır, ekipajın bütün üzvləri həbs olunub. Faktla bağlı istintaq aparılır.