15 Sentyabr 2022 10:30
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Dnepropetrovsk vilayətində hidrotexniki qurğulara zərbə endirməklə Ukrayna Silahlı Qüvvələrinin cənubda əks-hücumunun qarşısını almaq istəyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunn ISW hesabatında deyilir.

Ekspertlər qeyd edirlər ki, İnqulets çayı Ukrayna qoşunlarının Xerson-Nikolayev sərhədi boyunca davam edən əks-hücumunun mühüm coğrafi xüsusiyyətidir.

“Rusiya qüvvələrinin, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin Xersonda davam edən əks-hücum əməliyyatı çərçivəsində Davydov Brod bölgəsində çayın o tayında dayaq məntəqələrini genişləndirməyə çalışması ilə bağlı son xəbərlər fonunda, ehtimal ki, Ukraynanın aşağı axınında yerləşən ponton körpülərini zədələmək məqsədi güdür”, - analitiklər belə izah ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər