15 Sentyabr 2022 12:16
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Baş naziri Pedro Sançes ölkənin son vaxtlar pandemiyadan tutmuş Ukrayna müharibəsinin təsirlərinə qədər böyük problemlərlə üzləşdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı İspaniyanın ciddi problemlərlə mübarizə apardığını deyib.

“Başımıza gəlməyən yeganə şey zombi hücumudur”, - Sançes qeyd edib.

2018-ci ildə vəzifəyə gəldikdən sonra bir çox problemlə üzləşdiklərini və nəhayət, enerji və iqtisadi böhranların ölkəni vurduğunu söyləyən İspaniya baş naziri seçkilərdə hökumətə dəstəyin azalmasını anladığını və bunu dəyişdirməyə çalışacaqlarını vurğulayıb.

İspaniyada COVID-19 pandemiyası və Ukrayna müharibəsinin təsiri ilə inflyasiya 10 faizi keçib, yanacaq, elektrik və təbii qaz bahalaşıb.

İspaniya Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə istehlak inflyasiyası iyulda 10.7 faiz artarkən, elektrik enerjisi qiymətləri 49, yanacaq və qaz qiymətləri 23.9, ərzaq qiymətləri isə son 12 ayda 13.5 faiz artıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər