7 Dekabr 2014 05:49
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk dekabrın 8-də Ali Radada Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinə baxılacağını bildirib.

Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Vitali Kovalçuk “Ukrayna” telekanalının efirində bəyan edib.

“Bazar ertəsi Ukraynanın MDB-dən çıxması məsələsi Ali Radanın deputat fraksiyalarının və komitələrinin rəhbərlərinin Məşvərət Şurasında müzakirəyə çıxarılacaq”, deyə o bildirib.

Bundan əvvəl Ali Radada MDB məsələləri üzrə altkomitənin artıq fəaliyyət göstərməyəcəyi bildirilmişdi.

Ali Radanın deputatları noyabrın 27-də Ukraynanın MDB-dən çıxması haqqında qərarın layihəsini hazırlayıblar.


Müəllif:

Oxşar xəbərlər