15 Sentyabr 2022 13:20
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Ukraynaya müdaxilə etdiyinə görə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyaların müddətini daha altı ay uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

Şura bu gün Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə təqsirli olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin daha altı ay, 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib.

Mövcud məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslər üçün səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsait və ya digər iqtisadi resursların verilməsi qadağaları daxildir.

Rusiya Federasiyasının 1206 fiziki və 108 hüquqi şəxsinə qarşı sanksiyaların tətbiqi davam etdiriləcək.

“Beynəlxalq humanitar hüquqa hörmət edilməlidir. Rusiya, Belarus və hərbi cinayətlərə görə məsuliyyət daşıyanların hamısı beynəlxalq hüquq normalarına uyğun olaraq öz hərəkətlərinə görə cavab verəcəklər. Avropa İttifaqı Ukraynaya özünü müdafiə etməsi üçün istənilən yardımı etməyə davam edəcək: Rusiya təcavüzünə qarşı durmaq və dinc, demokratik və firavan gələcək qurmaq”, - bəyanatda deyilir.


Müəllif: Nemət

Oxşar xəbərlər