15 Sentyabr 2022 13:45
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəhbəri Ukraynaya müdaxilənin haqlı olduğuna inanmaqda davam edir və “xüsusi hərbi əməliyyatı” məhdudlaşdırmağı planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bunu kansler Şolz Berlində media qarşısında çıxış edərkən deyib.

Almaniya kansleri Olaf Şolz Rusiya Vladimir Putinlə danışdıqdan sonra Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı mövqeyində heç bir dəyişiklik görmədiyini bildirib:

"Putin Ukraynadakı müharibəni hələ də düzgün hesab edir və onu dayandırmağı planlaşdırmır. Sizə deyə bilmərəm ki, bu müharibənin başlamasının səhv olduğunu başa düşmək getdikcə artıb. Həmçinin orada yeni baxışların ortaya çıxdığına dair heç bir əlamət yoxdur. Putinlə daha çox danışmaq və ona öz baxışını izah etmək lazımdır. Mən qəti şəkildə inanıram ki, Rusiya geri çəkilməlidir, o öz qoşunlarını çıxarmalıdır ki, bölgədə sülh şansı olsun. Və hər gün başa düşürəm ki, bu, yeganə perspektivdir”.

Qeyd edək ki, kansler Olaf Şolz sentyabrın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. 90 dəqiqəlik söhbətdə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və onun nəticələri müzakirə olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər