Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bir qrup rəsmi şəxslə İrəvana gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.
Qeyd olunur ki, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistan-Azərbaycan sərhədinə səfər edəcək.
General Sidrov İrəvana səfərdən əvvəl bəyan edib ki, Azərbaycanla-Ermənistan sərhədində KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət gedə bilməz:
“Təşkilat münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir. Gəlin qabağa getməyək. Sadəcə onu demək istəyirəm ki, sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik yolla həll edilməlidir”.