15 Sentyabr 2022 23:57
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının yeddinci ayında ABŞ sənayesinin nümayəndələri qışda neft-qaz tədarükünü artırmaqla Avropaya kömək etməyin mümkünsüzlüyünü bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, ABŞ-ın şist şirkətləri Avropada qış qıtlığının qarşısını almaq üçün enerji resurslarının tədarükünü lazım olan sürətlə artıra bilməyəcək.

“Quantum Energy Partners” özəl kapital kompaniyasının rəhbəri Uil Vanloxa görə, ABŞ Avropanın ehtiyacı olduğu qədər enerji istehsal edə bilməyəcək: “Bizim qənaətimiz belədir. Avropaya neft və ya qazla bağlı heç bir kömək olmayacaq”.

Rusiyanın “Qazprom” şirkəti avqustun 31-də “Şimal Axını-1” vasitəsilə Avropaya qaz nəqlini dayandırıb. Şirkətdən bildirilib ki, boru kəmərində sızma aşkar edilib və nasazlıq aradan qaldırılana qədər avadanlıqlar bağlı qalacaq.

Sentyabrın 2-də isə “Qazprom” sözügedən boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını açıqlayıb. Bir gün sonra Ağ Ev Rusiyanın qərarına sərt reaksiya verib.

Rusiyanın “Şimal Axını”nı kəsməsindən sonra Avropada qazın qiyməti sentyabrın 5-də 30% artaraq min kubmetr üçün 2900 dollara çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər