15 Sentyabr 2022 23:09
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan tərəfindən Abxaziya ilə hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksəkdir”.

Teleqraf.com xəbər verir ki, bunu tanınmamış Abxaziya Respublikasının xarici işlər naziri İnal Ardzinba deyib.

O, gürcü ordusunun hər an Abxaziyaya hücuma keçə biləcəyini iddia edir: “Gürcüstan tərəfdən hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir”.

Ardzinba xatırladıb ki, bu yaxınlarda hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Kobaxidzenin münaqişənin yenidən qızışmasına eyham vuran açıqlaması olub:

“Açıqlama başqa, əməl başqa... Məsələ burasındadır ki, döyüş kəşfiyyatı üçün pilotsuz təyyarələrin tədarükü ilə bağlı anlaşmalar əldə edilir, NATO ilə təlimlər intensivləşir və s. Yəqin sülhə yox, çox güman ki, müharibəyə hazırlaşırlar".

Abxaziya təhlükəsizlik şurasının katibi Sergey Şamba da bölgə sakinlərini hər şeyə hazır olmağa çağırıb.

Şambanın sözlərinə görə, hərbi əməliyyatlar bərpa olunarsa, Gürcüstanı bu gün Ukraynanı dəstəkləyənlərin hamısı dəstəkləyəcək:

“Bizim müttəfiqimiz Rusiyadır və bu, bizim üçün ciddi dəstəkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər