Latviya sentyabrın 19-dan etibarən təhlükəsizlik baxımından Şengen vizası olan rusların ölkəyə girişini məhdudlaşdıracaq.
Teleqraf.com xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rynkeviçs Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədardır.
“Ruslar, sərhədi keçməyi tələb etməyin, sizi burada gözləmirlər, Ukraynaya qarşı müharibəni dayandırın və bu gözəl ölkədən çıxın”, – diplomat yazıb.
Eyni zamanda, Baltikyanı ölkələr və Polşa rus turistlərin girişini bağlamaq qərarına gəlib.