BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bildirib ki, Ukraynadakı müharibə səbəbindən dünyanın 82 ölkəsində 70 milyon insan aclıqdan ölə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.
Devid Bizlinin sözlərinə görə, xüsusilə Afrika ölkələrinin sakinləri təhlükə altındadır:
"Dünya görünməmiş miqyasda qlobal fövqəladə vəziyyətlə üzləşib. Aclıq dalğası indi aclıq sunamisinə çevrildi”.
May ayında ABŞ prezidenti Co Bayden Rusiyanın Ukrayna ilə müharibəsi və limanların blokadaya alınması səbəbindən dünyada bir çox insanın ərzaq böhranı səbəbindən aclıq təhlükəsi ilə üzləşdiyini bildirmişdi.
Qeyd edək ki, 2022-ci il iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın “Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrı eyni sazişlər imzalayıblar.
Avqustun 31-də prezident Vladimir Zelenski bildirib ki, 1,5 milyon tondan çox Ukrayna ərzaq məhsulları dəniz yolu ilə ixrac edilir.