16 Sentyabr 2022 18:00
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son döyüşlər Azərbaycan Ordusu üçün uğurlu oldu. Düşmənin müdafiə xətti sarsıdılıb. Üç istiqamətdə dərinliyə doğru irəliləmə var. Amma təəssüflər olsun ki, Şəhidlərimiz var və bunun da günahı Ermənistandır. Hazırda Ermənistanda ab-hava qarışıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesi də İrəvana səfər etmək niyyətindədir. Məncə, bu, vəziyyəti daha da kəskinləşdirəcək. Görünən odur ki, Fransa, ABŞ və digər qüvvələr bölgədəki gərgin münasibətlərin üzərinə sərin su səpmək əvəzinə daha da qızışdırır. Faktiki olaraq qarşıdurmanı dərinləşdirirlər”.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O xatırladıb ki, bir neçə gün əvvələ qədər sülh prosesi az qala qapının önündə görünürdü:

“Bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı ehtimal olunurdu. Amma proseslər bu cür davam etsə və Ermənistanda hadisələr gərginləşsə, bu halda sülh müqaviləsi və danışıqlar təzyiq altına düşə bilər. Bu baxımdan baş verən hadisələri birmənalı qiymətləndirmək çətindir”.

Qabil Hüseynli danışıqların birmənalı dayandırıldığını deməyin düzgün olmadığına işarət edir:

“Bizim əlimizdə elə bir məlumat yoxdur ki, ona əsaslanaraq deyək ki, danışıqlar dayanıb. Amma ehtiyat onunla bağlıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verə, Paşinyanı devirə bilərlər. Bu baxımdan Paşinyanın devriləcəyi və revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə bölgə barıt çəlləyinə çevrilə bilər. Hər halda nəzərə almaq lazımdır ki, danışıqların alternativi qarşıdurma, gərginlikdir. Azərbaycan hər dəfə danışıqların və sülh prosesinin tərəfdarı olduğunu, dialoqun konkret nəticələrə hesablanmasının vacibliyini elan edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər