Rusiya Silahlı Qüvvələri Şimal Buzlu Okeanın şərq hissəsində, ABŞ-ın Alyaska ştatı ilə sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, “Umka-2022” adlı təlimlərin Arktika regionunda potensial hərbi əməliyyatlara hazırlıq məqsədilə keçirildiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi iki nüvə sualtı gəmisinin - “Omsk” və “Novosibirsk”in Çukot dənizindən gəmi əleyhinə qanadlı raketlər buraxdığını bildirib. Mərmilər 400 kilometr məsafədəki hədəfləri vurub.
Gəmilər Rusiyanın Avropadan Asiyaya malların daşınması üçün alternativ olaraq irəli sürdüyü kanal - Şimal Dəniz Yolu üzərində yerləşdirilib.
Rus ordusu həmçinin Çukot yarımadasından 300 kilometr məsafədə dəniz hədəflərinə “Bastion” sahil raket kompleksindən zərbələrin simulyasiyasını həyata keçirib.
Təlimlərin qüvvələrin Rusiya Arktikasının hərbi yolla müdafiə edilməsində sınamaq məqsədilə keçirildiyi bildirilib.